Xəbər lenti

Goranboyda yol qəzasında iki nəfər öldü
Ölkə09:20 14.12.2013

Goranboyda yol qəzasında iki nəfər öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanın Goranboy rayonunda iki nəfərin ölməsi ilə nəticələnən yol qəzası baş verib


APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə dekabrın 13-ü saat 21 radələrində Goranboy rayonu Abasqulular kəndinin ərazisində qeydə alınıb. Xocalı rayon sakini Sübhi İsmayılov idarə etdiyi “Mitsubishi-Pajero” markalı avtomobili aşırıb. Nəticədə sürücü və avtomobildə olan sərnişin - Gəncə şəhər sakini Ziyadxan Kərimov aldıqları xəsarətdən dünyasını dəyişiblər.


Qaynar.info