Xəbər lenti

Grandstream - Azərbaycan bazarında 10 il!
Ekonomiks08:48 28.09.2017

Grandstream - Azərbaycan bazarında 10 il!

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dünyaca məhşur olan, “Connecting the world” (“Dünyaya qoşul”) sloqanı altında illərdir beynəlxalq bazarda çalışan Grandstream Networks şirkəti Azərbaycanda Proline MMC şirkətinin distribütorluğu ilə 10 ildən artıqdır ki, fəaliyyət göstərir. Grandstream Networks şirkəti innovativ həllər, IP-səs və video telefoniya, həmçinin, IP-video müşahidə, Konfrans avadanlıqları və bir sıra digər məhsulların istehsalçısıdır.

Şirkət münasib qiymətə geniş imkanlı, yüksək keyfiyyətli və çoxfunksional avadanlıqlar təklif edir. Məhsulların keyfiyyətinin bu qədər yüksək, lakin qiymətlərinin yetərincə münasib olma səbəbi Grandstream məhsullarının həm  kiçik və orta biznes/sahibkarlıq üçün nəzərdə tutulması,  həm də  şirkətin  daha böyük müştəri kütləsinə sahib olmaq istəyindən  irəli gəlir. Belə ki, hər bir sahibkarın  özünə lazım olan məhsulları asanlıqla əldə edə bilməsi üçün bütün aspektlər nəzərə alınaraq münasib qiymətlər müəyyən edilir.

Grandstream şirkəti hal-hazırda Azərbaycan kommunikasiya bazarında 60-dan çox irihəcmli layihələr həyata keçirməklə, 230-dan çox məmun müştəri qazanmağa müvəffəq olmuşdur. Şirkəti Azərbaycan bazarında rəqiblərindən fərqləndirən cəhətlərdən biri də, sifariş qeydə alındıqdan sonra məhsulların ən qısa müddətdə müştəriyə çatdırılması və satışdan sonrakı texniki dəstək imkanıdır. Şirkətin Bakı şəhərindəki anbarında müştəriyə lazım olan məhsullar  bitdiyi halda, həmin məhsulların qısa zaman ərzində ölkəyə gətirilməsi Grandstream şirkəti müştərilərinin məmnuniyyətinə əsas verən səbəblərdəndir.

Onu da qeyd edək ki, 2002-ci ildən bu günə qədər aparıcı dünya operatorlarına VoİP xidmətlər təklif edən Grandstream şirkəti cəmi 3 il ərzində 6-dan çox mükafata sahiblənməklə yanaşı, həm də istehsal etdiyi məhsullarla VoİP sahəsində müxtəlif mükafatlara layiq görülüb.  Bunun nəticəsidir ki, 2012 – ci il ABŞ – da keçirilən Prezident Seçkiləri zamanı hər iki namizədin, Barak Obama və Mitt Romninin seçki qərargahlarında məhz Grandstream şirkətinin avadanlıqları istifadə olunmuşdur.

Grandstream məhsullarının Azərbaycanda rəsmi distribütoru olan ProLINE şirkəti hər məhsul üçün 1 illik zəmanət talonu təqdim edir. Bu talonlar istehsalçı tərəfindən yaranan texniki qüsurların aşkar olduğu hallarda məhsulun zəmanətli təmiri aparılmasına və dəyişdirilməsinə imkan yaradır. 

Grandstream Networks şirkətinin ağıllı və sərfəli məhsulları hər bir sahibkarın işini asanlaşdırmağa qadirdir. Şirkət haqqında daha geniş məlumat almaq üçün Azərbaycanda rəsmi distribütor olan Proline MMC ilə aşağıdakı vasitələrlə  əlaqə saxlamaq mümkündür:

Telefon: +994 12 310 1212

Sayt: www.grandstream.az

Email: [email protected]