Xəbər lenti

Görünməz qadınlar şəhəri - FOTOLAR
Dünya10:57 10.05.2016

Görünməz qadınlar şəhəri - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Səhra incisi" kimi tanınan Qadames şəhəri Liviyanın cənub-qərbində oazisdə yerləşir.
Böyük Səhra ilə sərhəddə yerləşən ən qədim şəhərlərdən olan Qadamesin əhalisi təxminən 10 min nəfərdir.
Yerli əhali əsasən gil, kərpic və palma ağaclarından tikilən evlərdə yaşayan bərbərlərdən ibarətdir.
Şəhərdəki evlərin memarlıq üslubu funksiyaların vertikal istiqamət üzrə bölünməyi ilə xarakterikdir: birinci mərtəbədə ehtiyatlar üçün anbar var. İkinci mərtəbə ailə həyatı üçündür. Sonuncu - üçüncü mərtəbədə qadınlar üçün nəzərdə tutulmuş açıq terras var.
Terraslar qadınlara kişilərin gözünə görünmədən azad şəkildə hərəkət etməyə imkan verən keçidlərlə birləşir.
Qonşu evlərin terrasları bir-biri ilə birləşərək açıq şəhər landşaftı formalaşdırır.
Bu şəhərdə kişilər yerdə gəzərkən qadınlar damlarda hərəkət edirlər, daha doğrusu, keçidlərlə birləşən terraslarla gedirlər.
Terraslar, yerli sakinlərin fikrincə, qadınlara böyük azadlıq verən qadın çarlığıdır. Onlar bu yolla qonşularla dostluq edə və şəhər boyu hərəkət edə bilirlər.
Qadamesin tarixi hissəsi 1986-cı ildə YUNESKO tərəfindən Ümumdünya irsi abidəsi olaraq tanınıb. (salamnews.org)
Qaynarinfo.az