Sənət 12:38 10.03.2023

GTT-də açıq qapı - tamaşaçılar bu gün iki tamaşa izləyə bilər

"10 mart Milli Teatr günüdür. Başqa teatrlar kimi Gənc Tamaşaçılar Teatrında da açıq qapıdır, tamaşaçılar bu gün iki tamaşa izləyə biləcək”.

Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist, rejissor Nicat Kazımov deyib. O bildirib ki, tamaşalar gündüz və axşam oynanılacaq:

"Onlardan biri "Möcüzəli pillələr”, axşam isə ilk dəfə səhnələşdirilən "Lənkəran xanınnın vəziri” tamaşası oynanılacaq. Teatr əvəlki illərdə olduğu kimi fəaliyyətdədir.Teatr həmişə olub və olacaq. Biz teatr adamları çalışırıq ki, zamanla ayaqlaşaq, zamanın tələblərinə uyğun tamaşalar hazırlaya bilək. Şükürlər olsun ki, tamaşaçıların teatra marağı günbəgün artır. Tamaşaçılar bu gün maraqlı tamaşalara baxırlar. Ona görə də teatra olan maraqları günbəgün artmaqdadır”. 

Nicat Kazımov hazırda İlqar Fəhminin 44 günlük Zəfər savaşına həsr olunan "Balaça kişilər” tamaşasını hazırlayır:

"Əsər müsabiqə yolu ilə seçilib. Ümid edirəm, bu tamaşa tamaşaçıların marağına səbəb olacaq. Tamaşa 44 günlük müharibəsində ən gənc iştirakçıların qəhrəmanlığından bəhs edilir. Yaxın günlərdə tamaşa təqdim olunacaq”.

Nicat Kazımovun dövlətin teatr sənətinə olan diqqətini də vurğulayıb:

"Hər şey göz qarşısındadır. Teatrın 150 illik yubileyi ilə bağlı Prezidentin verdiyi sərəncam buna sübutdur. Ümid edirəm ki, bu il möhtəşəm tədbirlər olacaq. Teatr xadimlərini sürpizlər gözləyir”.

Bahar Rüstəmli