ABŞ-ın Missuri ştatında dolu böyük açıq dayanacaqda olan 300 avtomobilin şüşələrini sındırıb.
Qaynarinfo xəbər verir ki, lyuklu avtomobillər daha çox zərbə alıb. Onların şüşə sahəsi daha böyükdür, bu da daha çox ziyan deməkdir.
Bununla belə, məlumata görə, avtomobillərin sığortası var və buna görə sahibləri ödənişləri ala biləcəklər.
Hadisə baş verən zaman dayanacaqda "Mercedes-Benz”, "İnfiniti”, "BMW”, "Nissan”, "Ford”, "Chevrolet” və s. markalı avtomobillər olub.
Aydın