Xəbər lenti

Güclü külək Azərbaycanda fəsadlara səbəb oldu (VİDEO)
Ölkə18:27 17.05.2020

Güclü külək Azərbaycanda fəsadlara səbəb oldu (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün də davam edən güclü külək qubada çoxmənzilli yaşayış binasının dam örtüyünü uçurub. Avtomobillərə və elektrik təsərrüfatına ciddi ziyan dəyib. Külək Bakıda və Abşeronda da bir sıra fəsadlar törədib.
Ötən gecə güclü külək Qubada bir sıra fəsadlara səbəb olub. Fətəlixan 2 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının damı uçub. 5 avtomobil uçan dam örtüklərinin altında qalıb.
Güclü külək həmçinin ərazidə yerləşən elektrik transformatorunda yanğına səbəb olub. Yanğının qarşısı alınıb. Rayon Fövqaladə Hallar Komissiyasının sədri Allahverdi Xudaverdiyev xəzər xəbərə bildirib ki, bu gün dağılmış dam örtükləri sökülüb. Sabah isə uçmuş binaların üstü təmir olunacaq.
Külək Abşeronda da bir sıra fəsadlar törədib. ötən gün axşamdan başlayan külək xırdalan şəhərində 28-ci məhəllədə yerləşən 26 saylı binanın dam örtüyünü uçurub. məlumata görə, külək həmçinin bəzi ərazilərdə ticarət köşklərinin də dam örtüklərinə ziyan vurub. Abşeron rayon icra hakimiyyətindən bildirilib ki, küləyin fəsadlarının aradan qaldırılması istiqamətində işlər görülür.
Güclü küləyın aşırdığı ağac paytaxt Bakıda isə 160 abonenti qazsız qoyub. Bu barədə "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov XəzərXəbər-ə məlumat verib. Artıq abonentlərin qaz təchizatı bərpa olunub.
<iframe width="604" height="305" src="https://www.youtube.com/embed/l_f6mnoRXQw" frameborder="0" allow="accelerometer; autoplay; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="">