Xəbər lenti

Güclü külək əsəcək, yağış yağacaq
Ölkə09:32 26.07.2022

Güclü külək əsəcək, yağış yağacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda və Abşeron yarımadasında iyulun 28-dən 29-u səhərədək şimal-qərb küləyi 15-20 m/s, bəzi yerlərdə arabir 23-25 m/s olacaq.
Qaynarinfo xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin hava şəraiti haqqında yaydığı xəbərdarlıqda bildirilib.
Azərbaycanın rayonlarında iyulun 27-dən üçüncü ongünlüyün sonunadək əsasən gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Qərb küləyi arabir 15-18 m/s, 28-də bəzi yerlərdə arabir 20-25 m/s olacaq. Çaylarda sululuğun artacağı ehtimalı var.