Xəbər lenti

Güclü külək Qazax rayonunu işıqsız qoydu
Ölkə18:17 08.04.2017

Güclü külək Qazax rayonunu işıqsız qoydu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Qazax rayonunda güclü külək səbəbindən elektrik enerjisinin verilməsi dayandırılıb.

"Report" xəbər verir ki, Qazaxın bəzi hissələrində, eləcə də şəhərə yaxın kəndlərdə, o cümlədən Canallı, Ağköynək və Xanlıqlarda enerjinin verilişində fasilə yaranıb.

Küləyin rayon ərazisində dağıntı və başqa fəsadlar yaradıb-yaratmaması ilə bağlı hələlik hər hansı məlumat yoxdur.

Hazırda küləyin gücü qismən azalsa da, yağışlı hava davam edir. Qeyd edək ki, yağışla müşahidə olunan güclü külək axşam saatlarından əsməyə başlayıb.

Güclü külək ətraf rayonlarda - Ağstafa, Tovuz, Şəmkirdə də müşahidə olunub.

Qaynar.Az