
Tibb Baş İdarəsi: “Gülər Əhmədovanın səhhəti stabildir”
Ədliyyə Nazirliyi Tibb Baş İdarəsi sabiq deputat, məhbus Gülər Əhmədovanın səhhəti ilə bağlı açıqlama verib.
Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində Gülər Əhmədovanın cinayət işi üzrə prosesdə onun ürəyi gedib.
Noyabrın 22-də “Media forum” saytına danışan müalicə işinin təşkili idarəsinin rəisi İftixar Qurbanov bildirib ki, məhkəmədə hansı hadisə baş verdiyindən məlumatsızdır: “Amma Gülər Əhmədova Bakı İstintaq Təcridxanasına daxil olarkən səhhəti stabil, təzyiqi nəzarətdə olub, hazırda da səhhəti stabildir, müalicə müəssisəsinə köçürülməsinə heç bir zərurət yoxdur. Təcridxanada tibbi hissə fəaliyyət göstərir və bütün həbs olunan şəxslər həkim nəzarətindədir”.
Qaynar.info