Xəbər lenti

Güləş Federasiyasında yeni təyinat (FOTO)
İdman07:52 16.04.2022

Güləş Federasiyasında yeni təyinat (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Güləş Federasiyasında baş katib təyinatı olub.
Qaynarinfo xəbər verir ki, bu vəzifəyə Musayev Nəsimi Hüseyn oğlu təyin olunub.
Qeyd edək ki, Nəsimi Musayev son 4 ildə Azərbaycan Badminton Federasiyasının baş katibi vəzifəsində çalışıb. O, həmçinin daha əvvəl "Rabitə” voleybol klubunun baş meneceri olub.
Xatırladaq ki, federasiyanın əvvəlki baş katibi dördqat olimpiya mükafatçısı, ikiqat dünya çempionu və doqquzqat Avropa çempionu Mariya Stadnikin şəxsi məşqçisi kimi adını yazdırmış Orxan Məmmədov olub.