Xəbər lenti

Güləşçimiz dünya çempionatının finalında
İdman13:37 20.08.2021

Güləşçimiz dünya çempionatının finalında

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiyanın Ufa şəhərində gənc güləşçilərin dünya çempionatı davam edir.
Qaynarinfo xəbər verir ki, beşinci yarış günündə 55, 63, 77, 87 və 130 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə qoşulub. Təmsilçilərimizdən Sərxan Məmmədov yarışın finalına vəsiqə qazanmağa nail olub. İlk görüşdə iranlı rəqibini minimal fərqlə üstələyən Məmmədov növbəti mərhələdə polşalı güləşçiyə də gücünü göstərərək yarımfinala adlayıb. Yunanıstan təmsilçisiylə gərgin keçən mübarizədən qalib ayrılan Sərxan adını finala yazdırmağı bacarıb.
Digər güləşilərimizdən Elmir Əliyevlə Ziya Babaşov uduzduğu rəqiblər finala vəsiqə qazandığı üçün təsəlliverici görüşə çıxacaqlar. Laçın Vəliyev isə yarımfinalda Niderlanddan olan rəqibinə uduzaraq mübarizədən kənarda qalıb.
Təsəlliverici və medal qarşılaşmaları avqustun 21-də keçiriləcək.
Səbuhi Həsənov