Norveçin paytaxtı Osloda güləş üzrə dünya çempionatı davam edir.
Qaynarinfo xəbər verir ki, yarışdakı sonuncu qadın güləşçimiz Alyona Kolesnik də mübarizəyə qoşulub. Güləşçimiz 1/8 finalda Belarus təmsilçisi Kristina Sazikina ilə qarşılaşıb və 4:8 hesabı ilə məğlub olub.
Digər güləşçilərimizdən Türkan Nəsirli (50 kq) və Elis Manolova (65 kq) elə ilk görüşdəcə mübarizəni dayandırmışdı.
Sərbəst güləşçilərdən Abubakr Abakarov (86 kq) və Osman Nurməhəmmədov (92 kq) isə bürünc medalla kifayətlənib.
Səbuhi Həsənov