Xəbər lenti

Güləşçimiz tarixə düşdü
İdman08:27 09.10.2021

Güləşçimiz tarixə düşdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Norveçin paytaxtı Osloda keçirilən dünya çempionatında qazandığı bürünc medal Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli üçün əlamətdar olub.
Qaynarinfo xəbər verir ki, 55 kq çəki dərəcəsində fəxri kürsünün üçüncü pilləsinə qalxan idmançı güləşin bu növü üzrə Avropa və dünya çempionatlarında əldə etdiyi mükafatların sayını 8-ə çatdırıb. Bu da Əzizlini Azərbaycanında yunan-Roma güləşi üzrə ən çox medal qazanan idmançısı ünvanına yüksəldib. 
Əzizli 2018-ci ildə həm Avropa, həm də dünya çempionu olub. Onun aktivinda 2 dünya və 4 Avropa üçüncülüyü də var.
Səbuhi Həsənov