Xəbər lenti

Gün ərzində 60-dan çox əcnəbi İrandan Azərbaycana təxliyə olundu
Ölkə 23:33 26.06.2025

Gün ərzində 60-dan çox əcnəbi İrandan Azərbaycana təxliyə olundu

Astara sərhəd-keçid məntəqəsində təxliyə prosesi davam edir.

APA-nın məlumatına görə, gün ərzində sərhəd-keçid məntəqəsində böyük sıxlıq qeydə alınmasa da, ümumilikdə 60-dan çox əcnəbi Azərbaycan ərazisindən tranzit marşrut kimi istifadə edib.

Axşama doğru humanitar dəhliz vasitəsilə ölkələrinə yola salınan şəxslər əsasən Avstraliya, Niderland, Almaniya, İsveçrə, Böyük Britaniya, İtaliya və İran əsilli xarici ölkə vətəndaşları olub.

Hazırda Astara sərhəd-keçid məntəqəsində təxliyə prosesi davam etdirilir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->