Xəbər lenti

Günel İsgəndərə vəzifə verildi
Ölkə08:16 07.02.2022

Günel İsgəndərə vəzifə verildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı Dövlət Universitetinin İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri vəzifəsindən ayrılan Günel İsgəndərin (Orucəliyeva) yeni iş yeri müəyyənləşib.
Qaynarinfo xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabından paylaşım edib. O qeyd edib ki, bundan sonra karyerasına BDU-nun tarixi muzeyinin müdiri və Jurnalistika fakültəsinin müəllimi kimi davam edəcək.
G.Orucəliyeva bildirib:
"Karyeramın son iki ilini həsr etdiyim Bakı Dövlət Universitetinin İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri vəzifəsindən öz istəyimlə ayrıldım. Maraqlı, məsuliyyətli və məhsuldar təcrübə idi. Bundan sonrakı fəaliyyətimi BDU-nun tarixi muzeyinin müdiri və Jurnalistika fakültəsinin müəllimi kimi davam etdirəcəyəm.
Mənə göstərilən etimada görə Universitet rəhbərliyinə təşəkkür edirəm. Bu işdə məndən dəstəyini əsirgəməyən - müəllimlərimə, iş yoldaşlarıma, həmkar dostlarıma sonsuz minnətdarlığımı bildirirəm. Bu vəzifəyə təyin olunacaq həmkarıma uğurlar arzu edirəm!"
Qeyd edək ki, Günel Orucəliyeva Elçin Babayevin müvafiq əmri ilə 2020-ci ildən universitetin İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri vəzifəsində çalışıb.
Xatırladaq ki, hazırda bu vəzifəyə təyinat yoxdur.