Xəbər lenti

Günəş də tutulacaq, Ay da (HADİSƏ)
Ölkə10:54 03.05.2013

Günəş də tutulacaq, Ay da (HADİSƏ)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu ay Günəş və qismən Ay tutulması olacaq.

Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru Əyyub Quliyev bildirib. 

Onun sözlərinə görə, ilin ilk Günəş tutulması mayın 10-da Bakı vaxtı ilə 2.27-də başlayacaq, 7.18-də bitəcək. Bu tutulma cənub yarımkürəsində görünəcək, Azərbaycan ərazisindən müşahidə edilməyəcək.

Qismən Ay tutulması mayın 25-də səhər saat 9.00-da başlayacaq, 9.22-də bitəcək. Bu təbiət hadisəsi də Azərbaycan ərazisindən görünməyəcək.

Qaynar.info