Beynəlxalq astrofiziklər qrupu yeni kəşfə imza atıb: güclü Günəş alovları bir neçə gün ərzində ekzoplanetlərdə havanı kökündən dəyişə bilər.
Qaynarinfo xəbər verir ki, tədqiqat "The Astronomical Journal" (TAJ) elmi jurnalında dərc olunub.
İvrit Universiteti (İsrail), NASA (ABŞ) və Oksforddan (Böyük Britaniya) alimlər TRAPPIST-1e planetinə günəş alovlarının təsirini modelləşdiriblər.
Nəticələr elmi ictimaiyyəti şoka salıb - atmosferin yuxarı təbəqələri sürətlə soyuyub, aşağı təbəqələr isə qızıb, gecə tərəfində isə küləklər 140 km/saata qədər sürətlənib.
"Bu, atmosfer şokuna bənzəyir. Günəş təkcə planeti işıqlandırmır, həm də onun havasını idarə edir", deyə tədqiqata rəhbərlik edən doktor Assaf Hofman izah edib.
Bu kəşfin Yer üçün də təsiri var. Antropogen amillər iqlimin əsas hərəkətverici qüvvəsi olaraq qalmasına baxmayaraq, günəş aktivliyi xüsusilə meteohəssas ərazilərdə qısamüddətli regional anomaliyalara səbəb ola bilər.
Astronomlar üçün tədqiqat bir dönüş nöqtəsidir. İndi ekzoplanetlərin yaşayış qabiliyyətini qiymətləndirərkən təkcə ulduza qədər olan məsafəni deyil, həm də onun fəaliyyətini nəzərə almaq lazımdır.
Aydın
Şərhlər