Xəbər lenti

Günün yoluxma statistikası açıqlandı
Ölkə12:39 13.05.2022

Günün yoluxma statistikası açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 9 yeni yoluxma faktı qeydə alınıb, 7 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qaynarinfo-ya verilən məlumata görə, ölən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 792 664 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 890 nəfər müalicə olunaraq sağalıb, 9 709 nəfər vəfat edib. 65 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 658, bu günə qədər isə ümumilikdə 6 847 892 test icra olunub.
Son sutkada 3 180 nəfər vaksinasiya olunub.
Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 338, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 268, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 2 322 nəfərdir. Pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 252-dir.
İndiyədək vurulan vaksinlərin ümumi sayı 13 681 428, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 343 146, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 4 843 421, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 252 206, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 242 605 nəfərdir.