Xəbər lenti

Gürcü spikerdən Azərbaycan və Ermənistana təklif
Siyasət13:07 09.10.2023

Gürcü spikerdən Azərbaycan və Ermənistana təklif

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Gürcüstan Azərbaycan və Ermənistanın tam etimad göstərdiyi yeganə ölkədir".
Qaynarinfo "İmedi" kanalına istinadən xəbər verir ki, bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili deyib.
Spiker bildirib ki, Tiflis həmişə xarici tərəfdaşları Gürcüstandan vasitəçi kimi istifadə etməyə dəvət edir: "Bizim fərqliliyimiz Gürcüstanın uzun illərdir qonşularına qarşı yürütdüyü siyasətdən irəli gəlir. Biz Ermənistan və Azərbaycandakı dostlarımıza ümumi regional etimadın yaradılmasını təklif edirik. Xüsusilə, biz həmişə xarici həmkarlarımıza Gürcüstandan vasitəçi kimi istifadə etməyi təklif edirik".
Qeyd edək ki, Azərbaycan Prezidenti İLham Əliyev dünən Tiflisə rəsmi səfər edib. Dövlət başçısı səfər çərçivəsində İrakli Qaribaşvili ilə təkbətək görüş keçirib və sonra ölkə rəhbərləri mətbuata bəyanatla çıxış edib. 
Aydın