"Qarabağ" növbəti transferini açıqlayıb.
Qaynarinfo klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi Gürcüstan millisinin qapıçısı Luka Quqeşaşvili ilə müqavilə imzalayıb. "Köhlən atlar" 22 yaşlı qolkiperlə 3 illik müqavilə imzalayıb. Quqeşaşvili Polşa klubu "Yagelloniya”dan mövsümün sonuna qədər icarəyə götürülüb.
İcarə müqaviləsi başa çatdıqdan sonra onun transfer hüququnu əldə etmək səlahiyyəti "Qarabağ"a məxsusdur.
Səbuhi Həsənov