Xəbər lenti

Gürcüstan ordusundakı müsəlman əsgərlərə 2 günlük tətil verildi
Dünya16:10 11.09.2016

Gürcüstan ordusundakı müsəlman əsgərlərə 2 günlük tətil verildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Qurban bayramı ilə əlaqədar Gürcüstan ordusunda xidmət edən müsəlman hərbçilərə iki günlük istirahət verilib.

Bunu “Report”a açıqlamasında Gürcüstan Müsəlmanları İdarəsinin müftisi Bekler Kamaşidze deyib.

Müfti bildirib ki, Gürcüstanın baş naziri Qurban bayramı münasibəti ilə orduda İslam dininə etiqad edən hərbçilərin iki gün müddətinə xidmətdən azad edilməsi barədə Müdafiə Nazirliyi qarşısında təşəbbüslə çıxış edib.

“Nazirlik bu təşəbbüsü müsbət qarşılayıb və Gürcüstanın müdafiə nazirinin əmri ilə İslam dininə etiqad edən bütün əsgərlər iki günlüyünə hərbi xidmətdən azad ediliblər”, - deyə Kamaşidze vurğulayıb.

Qaynarinfo.Az