Gürcüstan prezidenti Salome Zurabişvili respublikanın keçmiş baş naziri Giorgi Qaxariya ilə yeni müxalif siyasi qüvvə yaratmaq üçün qüvvələri birləşdirməyi planlaşdırır.
Qaynarinfo "Sputnik Gürcüstan"a istinadən xəbər verir ki, bunu hakim "Gürcü Arzusu-Demokratik Gürcüstan" Partiyasının rəhbəri İrakli Kobaxidze deyib.
Onun sözlərinə görə, partiya 2024-cü ilin payızına planlaşdırılan parlament seçkiləri öncəsi meydana çıxacaq və yəqin ki, ölkənin ən böyük müxalifət qüvvəsi olan Vahid Milli Hərəkatla birləşəcək.
"Əlbəttə, hər hansı bir belə birlik tamamilə əbəsdir", deyə Kobaxidze qeyd edib.
Son vaxtlar "Gürcü Arzusu-Demokratik Gürcüstan"ın nümayəndələri və Gürcüstan hakimiyyəti parlamentdə prezidentin impiçmenti cəhdinin uğursuzluğu fonunda Zurabişvilini fəal şəkildə tənqid edirlər. Sentyabrın əvvəlində hakim partiya prosesi özü başladıb. "Gürcü Arzusu-Demokratik Gürcüstan" bu qərarı prezidentin dövlətin əsas qanununu pozması kimi izah edib. Partiyanın fikrincə, Zurabişvilinin hökumətin icazəsi olmadan Avropa turnesinin başlaması qanun pozuntusudur.
Oktyabrın 16-da Konstitusiya Məhkəməsi Gürcüstan prezidentinin qanun pozuntusunu tanıyıb və bununla da impiçment proseduruna başlamaq üçün yaşıl işıq yandırıb. Müvafiq qərarı məhkəmənin 9 üzvündən 6-sı dəstəkləyib. Bundan sonra proses parlamentə keçib. İmpiçmentin həyata keçirilməsi təkcə hakimiyyətdə olan partiyanın deyil, həm də müxalifətin dəstəyini tələb edirdi. Nəticədə "Gürcü Arzusu-Demokratik Gürcüstan" Zurabişvilini vəzifədən uzaqlaşdırmaq üçün lazımi sayda səs toplaya bilməyib.
Aydın
Şərhlər