Gürcüstanın Rusiya ilə sərhədi yaxınlığında, Dariali dərəsində yerləşdirilən siqnalizasiya sistemi işə düşüb.
Qaynarinfo xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyinin Gəlir Xidməti məlumat yayıb.
Məlumata görə, daşqın təhlükəsi ilə əlaqədar siqnalizasiyanın işə düşməsindən dərhal sonra gömrük məntəqəsinin əməkdaşları, digər qrumların əməkdaşları, müxtəlif şirkətlərin işçiləri, həmçinin yük və minik avtomobilləri, onların sürücüləri və sərnişinləri təhlükəsiz əraziyə təxliyə olunub.
Bir müddət sərhəd-keçid məntəqəsi bağlı qalıb, lakin vəziyyət sabitləşdikdən sonra məntəqə fəaliyyətini bərpa edib.
Şərhlər