Xəbər lenti

Gürcüstan və Ermənistan arasında “Dostluq” körpüsü tikilir
Dünya16:27 30.04.2018

Gürcüstan və Ermənistan arasında “Dostluq” körpüsü tikilir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Gürcüstan və Ermənistan arasında yeni körpünün tikintisinə başlanılıb. 
Oxu.Az-ın verdiyi xəbərə görə, "Dostluq” adlanan körpü Baqrataşen-Sadaxlı sərhəd qəsəbəsi ərazisində, Debed çayı üzərində qurulacaq. 
Bunun üçün Avropa Yenidənqurma və İnkişaf Bankı Gürcüstana 6 milyon avro məbləğində kredit ayırıb.
Kreditin 50%-i Gürcüstana, 50%-i isə Ermənistana veriləcək.
Qeyd edək ki, körpünün tikintisinə dair saziş bu ilin yanvarında Yerevanda imzalanıb.
Bildirilib ki, tikinti İran şirkətləri tərəfindən aparılacaq.