"Gürcü arzusu”nun lideri İrakli Kobaxidze və onun keçmiş partiya üzvü Dmitri Xundadze ABŞ səfiri Kelli Deqnanı deputat Mixail Kavelaşvilini təhqir etməkdə və diplomatik standartları pozmaqda ittiham edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Newsgeorgia” məlumat
yayıb
Bir neçə gün əvvəl Kavelaşvili Deqnana açıq məktubla müraciət etmişdi. O, faktiki olaraq səfiri keçmiş hakim Vahid Milli Hərəkat Partiyası ilə əlaqədə ittiham edərək, onun hərəkətlərinin Gürcüstanda ABŞ-ın reputasiyasına xələl gətirə biləcəyinə işarə edib. Cavabında Deqnan bildirib ki, Kavelaşvilinin mesajı "yalanlarla doludur” və o, hətta onu sona qədər oxuya bilməyib.
"Gürcüstan parlamentinin deputatı, xalq tərəfindən seçilmiş deputat Mişa Kavelaşvilini həmkarımızı yalan danışmaqda ittiham edəndə təəssüf hissi doğurur və bu cavab forması, təkcə forması deyil, həm də məzmunu çox üzücüdür... Diplomatik standartların pozulması bütün parlamentarilərdən reaksiya tələb edir”, - Kobaxidze bildirib.
Xundadze bu gün Deqnanın "qütbləşmənin dərinləşməsinə töhfə verdiyini” və demokratiya prinsiplərini pozduğuna dair məktub yayıb.
"Cavab gözləyirdim, amma xalqın seçdiyi deputatin təhqir olunmasını gördüm. Üstəlik, bu, təkcə bir deputata hörmətsizliyin təzahürü deyildi, bu cavab bütün gürcü seçicilərini incitdi”, - Xundadaze yazır.
Siyasətçi Deqnanı Kavelaşvilinin məktubunu oxuyub bitirməyə və "xalqın seçilmiş nümayəndələrinin suallarına cavab verməyə” çağırır. O, diplomata xəbərdarlıq edir ki, əks halda "xalqın daha çox sualları olacaq”.
Kavelaşvili deputatlar Dmitri Xundadze və Sozar Subari ilə birlikdə iyunun sonunda "Gürcü arzusu”nun sıralarını tərk ediblər. Onlar son bir həftə ərzində Qərbi Gürcüstanı müharibəyə sürükləməkdə ittiham edən bir neçə açıq məktub yayıblar. Daha əvvəl Degnan belə bir narrativin "birbaşa FSB-nin dezinformasiya təlimatından götürüldüyünü" söyləyib.
Nizami Bağırov