Xəbər lenti

Gürcüstanda Azərbaycana məxsus avtomobil yandı
Ölkə15:34 08.11.2018

Gürcüstanda Azərbaycana məxsus avtomobil yandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Gürcüstanda Azərbaycan dövlət nömrə nişanlı "Mercedes Vito" markalı avtomobil yanıb.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, hadisə Tbilisi-Qırmızı körpü yolunda qeydə alınıb.
Hadisə şahidlərinin bildirdiyinə görə, yanğın nəqliyyat vasitəsinin mühərrikində baş verib. Yanğınsöndürən maşın hadisə yerinə gələnə qədər yaxınlıqdakı insanların köməyi ilə yanğın söndürülüb.
Hadisə yerinə patrul polisi və təcili tibbi yardım maşını cəlb olunub.
Avtomobilin mühərrikinin yeni dəyişdirildiyi bildirilir.