Xəbər lenti

Gürcüstanda azərbaycanlı biznesmenin evinə qumbara atıldı
Dünya12:56 23.02.2022

Gürcüstanda azərbaycanlı biznesmenin evinə qumbara atıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Gürcüstanın Laqodexi bələdiyyəsinin Qabal kəndində Camal Niyazovun evinin həyətinə əl qumbarası atılıb.
"Report”un yerli bürosu xəbər verir ki, C.Niyazov həyat yoldaşı ilə birgə evdə olsa da, xəsarət almayıblar.
Hadisə nəticəsində evin divar və pəncərələri zədələnib. Hazırda şahidlər dindirilir, hadisə yerində istintaq tədbirləri həyata keçirilir.
C.Niyazov iş adamıdır. O, Qabal kəndinin keçmiş səlahiyyətlisidir.
Yerli mətbuatın yaydığı məlumata əsasən, C.Niyazovun oğlu Amil Niyazov 2021-ci ilin oktyabrında Qabalda analoji insidentdən sonra axtarışa verilib. O, Laqodexi bələdiyyəsinin üzvü olub.