Xəbər lenti

Gürcüstanda daha bir azərbaycanlının deputatlığa namizədliyi irəli sürülüb
Siyasət19:01 12.08.2020

Gürcüstanda daha bir azərbaycanlının deputatlığa namizədliyi irəli sürülüb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Gürcüstanın müxalif "Gürcüstan üçün Lelo” Partiyası majoritar deputatlığa namizədlərini təqdim edib.
"Report”un yerli bürosu xəbər verir ki, Marneuli-Qardabani dairəsi üzrə deputatlığa Murad Muradovun namizədliyi irəli sürülüb.
M.Muradov partiyanın Marneulidə iyulun 1-də açılan regional təşkilatının rəhbəridir.
Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri oktyabrın 31-də keçiriləcək.