Xəbər lenti

Gürcüstanın Baş prokuroru istefa verdi
Dünya 16:15 23.05.2024

Gürcüstanın Baş prokuroru istefa verdi

Gürcüstanın Baş prokuroru İrakli Şotadze səhhətinə görə istefa vermək qərarına gəlib.

Qaynarinfo xəbər verir ki, bu barədə Şotatzenin qurumun rəsmi saytında dərc edilən müraciətində deyilir

İrakli Şotadze 2020-ci ilin fevralında yenidən Gürcüstanın Baş prokuroru vəzifəsinə seçilib. Artıq istefa ərizəsi parlamentə təqdim olunub.

"Səhhətimin pisləşməsi ilə əlaqədar Gürcüstanın Baş prokuroru vəzifəsindən getməyə qərar verdim, həkimlərin tövsiyələrini nəzərə alaraq mənim üçün çox çətin qərar qəbul etməliyəm”, - Baş prokuror müraciətində deyir.

Şotadzenin qeyd etdiyi kimi, o, təxminən bir həftədir ki, xaricdə müalicə alır və prosesin bir neçə ay davam edəcəyi ehtimal edilir.

"Ona görə də, mövcud vəziyyəti nəzərə alaraq, Baş prokurorun səlahiyyətlərini davam etdirmək mümkün deyil”, - o bildirib.

Şotadze qeyd edib ki, o, 5 il Baş prokuror vəzifəsində çalışıb, 2005-ci ildən dövlət qulluğunda çalışıb və o, həmkarları ilə birlikdə qurumun islahatına və inkişafına, cinayətkarlığa qarşı mübarizəyə, prokurorluq sisteminin dəyişdirilməsinə və cinayət ədaləti siyasətinə verdiyi töhfələrdən qürur duyur.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->