Xəbər lenti

Gürcüstanla sərhəddə gərginlik yaranıb
Ölkə12:57 06.07.2016

Gürcüstanla sərhəddə gərginlik yaranıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün səhər saatlarından etibarən Azərbaycan-Gürcüstan sərhədində yerləşən "Sınıq Körpü" gömrük keçid məntəqəsində nisbi sıxlıq yaranıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən Qaynarinfo.az-a verilən məlumata görə, sıxlığın yaranmasının əsas səbəbi bayram günləri ilə əlaqədar Gürcüstana səyahət edənlərin sayının kəskin artmasıdır. Gömrük keçid məntəqəsinin iş rejimini çətinləşdirən digər amil isə Rusiya-Gürcüstan sərhədində baş verən uçqun nəticəsində Rusiyadan bu ölkəyə gedən avtomobillərin Rusiya-Azərbaycan-Gürcüstan marşrutu ilə hərəkət etməsidir. Belə ki, Rusiya-Gürcüstan arasındakı sərhəd-keçid məntəqəsinin iş rejimində yaranan problem nəticəsində Rusiyadan Gürcüstana gedən avtomobillər Azərbaycandan tranzit keçməklə “Sınıq Körpü” gömrük keçid məntəqəsi vasitəsilə Gürcüstan ərazisinə hərəkət edir.

Hazırda 3 xətt vasitəsilə avtomobillərin intensiv keçidinin təmin olunduğu "Sınıq Körpü" gömrük keçid məntəqəsi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir və qısa zaman ərzində sıxlıq tam aradan qaldırılacaq. 

Qaynarinfo.az