Xəbər lenti

Gürcüstanla sərhəddə iki azərbaycanlı cərimələndi
Ölkə17:05 09.01.2019

Gürcüstanla sərhəddə iki azərbaycanlı cərimələndi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Qırmızı körpü” sərhəd-keçid məntəqəsinin əməkdaşları iki Azərbaycan vətəndaşından qeydiyyata alınmamış qızıl aşkar ediblər.
Azərbaycan vətəndaşlarının avtomobilinin yük hissəsindən dəyəri 11 804,56 lari (təxminən 7460 manat – red.) olan 171,29 qram qızıl aşkar edilib.
Oxu.az bildirir ki, Gürcüstanın Vergi Məcəlləsinə uyğun olaraq, azərbaycanlılar 11 804,56 lari (təxminən 7460 manat – red.) məbləğində cərimələniblər.