Xəbər lenti

Gürcüstan hökuməti İlham Əliyevə təşəkkür edib
Ölkə16:10 21.08.2017

Gürcüstan hökuməti İlham Əliyevə təşəkkür edib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Gürcüstan hökuməti ölkə ərazisində yanğının söndürülməsinə göstərdiyi köməyə görə Azərbaycan tərəfinə və şəxsən Azərbaycan prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.

Bbu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin bəyanatında deyilir.

“Azərbaycan helikopteri tezliklə Gürcüstan sərhədini keçəcək və Sərhəd Polisinin helikopteri ilə yanğının söndürülməsi prosesinə qoşulacaq”, - deyə DİN-in bəyanatında bildirilir. 

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyi Gürcüstanın Borjomi-Xaraqulsk qoruğunda baş vermiş meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə bu gün helikopter göndərib. (APA)

Qaynarinfo.Az