Xəbər lenti

Göyçayda etiraz aksiyası keçirildi
Ölkə11:01 08.02.2015

Göyçayda etiraz aksiyası keçirildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Göyçay Rayon İcra Hakimiyyətinin qarşısında aksiya keçirilib. Bu barədə musavat.com-a hüquq müdafiəçisi Taleh Xasməmmədov məlumat verib. 
O deyib ki, fevralın 8-də saat 11:30 radələrində Göyçay sakinləri işıq və su problemləri ilə bağlı etirazlarını bildirmək üçün Göyçay Rayon İcra Hakimiyyətinin (RİH) qarşısına yığışıblar. 
Taleh Xasməmmədovun sözlərinə görə, icra başçısı Mübariz Ağayev etiraza qalxan sakinlərin RİH-in böyük akt zalına toplanmasına göstəriş verib: “4 gündür ki, Göyçayda 400 ailənin işığı naməlum səbəblərdən kəsilib. Bundan bezən sakinlər icra başçısına şikayət etməyə gəliblər. Onları icra başçısının müavini dinləyib.
Bundan əlavə sakinlər iki gündür ki, su təchizatından da məhrum olublar. Etiraz edənlər onlara qanunsuz su borclarının yazılmasından da icra başçısının müavininə şikayət ediblər və ona öz tələblərini çatdırıblar. Etiraz edən sakinlər problemləri həll edilməyəcəyi təqdirdə yenidən mitinq təşkil edəcəklərini bildiriblər”.
Qaynar.info