Xəbər lenti

Göygöl Rayon Məhkəməsində 2 nəfər niyə intihara cəhd edib?
Ölkə16:21 31.07.2019

Göygöl Rayon Məhkəməsində 2 nəfər niyə intihara cəhd edib?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Göygöl Rayon Məhkəməsində baş vermiş intihara cəhdin təfərrüatı məlum olub.
"Report"un məlumatına görə, Göygöl rayon sakini, yaşlı Eldəniz Xıdırov ödəməli olduğu 1740 manat aliment pulunu ödəyə bilmədiyi üçün məhkəmə onun haqqında 10 sutka inzibati həbs qərarı çıxarıb. Bu qərarla razılaşmayan E.Xıdırov icraçıya alimentin 1000 manatını ödəmək üçün keçmiş həyat yoldaşınla razılaşacağını, qalan pulu isə sonra ödəyəcəyini bildirib. Hakim bu vədlərin dəfələrlə verildiyini və yerinə yətirilmədiyini nəzərə alaraq qərarı dəyişməyəcəyini bildirib. Bu zaman E.Xıdırovun yanında olan qardaşı Elçin Xıdırov əsəbləşərək icraçı otağın qapısında olan şüşəni qolunla sındırıb. Sınan şüşə onun qolunu və damarlarını kəsib. 
Daha sonra isə Eldəniz Xıdırov yerə tökülən şüşə parçası ilə qolunu kəsərək özünə xəsarət yetirib. Hər iki şəxs Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılıb. Onlara dərhal tibbi yardım göstərilib. Elçin Xıdırovun vəziyyəti ağır olduğundan onu Bakı şəhərində yerləşən xəstəxanaların birinə göndərilməsi nəzərdə tutulub.
Faktla bağlı araşdırma aparılır.