Xəbər lenti

Hacı Əbdül 77 yaşında ata oldu: "Adını Əbdül-2 qoydum"
Ölkə12:36 16.11.2017

Hacı Əbdül 77 yaşında ata oldu: "Adını Əbdül-2 qoydum"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bir neçə gün öncə tanınmış din xadimi, "Tövbə” cəmiyyətinin sədri Hacı Əbdül Əbdülov növbəti dəfə ata olub.
"Qaynarinfo" modern.az-a istinadən xəbər verir ki,  77 yaşlı Hacı Əbdülün ikinci həyat yoldaşından daha bir oğlu doğulub: "Bu yaxınlarda oğlum Əbdülün qardaşı dünyaya gəlib. Onun da adını Əbdül qoymuşam. Olub Əbdül-2”.
Xatırladaq ki, hazırda 77 yaşı olan Hacı Əbdül Əbdülovun birici həyat yoldaşından Məhəmməd adlı bir oğlu var. 
İndi doğulan uşağa da eyni adın qoyulması nəticəsində bir ailədə 3 Əbdül olub – biri ata, 2-si oğul.
Qaynarinfo.Az