Xəbər lenti

Hacı Əliyev Avropa ikincisi oldu
İdman17:24 29.03.2022

Hacı Əliyev Avropa ikincisi oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında gümüş medal qazanıb.
65 kq-da çıxış edən idmançı finalda macarıstanlı İsmail Musukayevlə qarşılaşıb.
3 qat dünya və 3 qat Avropa çempionu görüşə yaxşı başlasa da, sonradan üstünlüyü tamamilə rəqibə verib. 
Qarşılaşmanın başa çatmasına 1 dəqiqə 20 saniyə qalmış fənd tətbiq edərkən kobudluğa yol verən Əliyev xəbərdarlıq alıb.
Yekunda 1:12 hesabı ilə uduzan titullu güləşçi ikinci yeri tutub.