Xəbər lenti

Hacı İlham Əliyev azadlığa çıxdı
Ölkə06:53 17.08.2013

Hacı İlham Əliyev azadlığa çıxdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Hicab məhbusu Hacı İlham Əliyev azadlığa buraxılıb.

İslamazeri.az-ın məlumatına görə, o, bir neçə dəqiqə əvvəl Ədliyyə Nazirliyinin Pentensiar xidmətinin 16 saylı cəza çəkmə müəssisəsindən azadlığa çıxıb.

Ruhaniyə verilmiş 1 il 6 ay həbs müddəti bu gün bitib.

Qeyd edək ki,  Hacı İlham Əliyev qanunsuz odlu silah saxlamaqda ittiham olunub.

Xatırladaq ki, 2012-ci ilin iyunun 19-da Xəzər Rayon Məhkəməsində hakim Fatma Miriyevanın çıxardığı hökmlə ilahiyyatçı İlham Əliyev cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində keçirməklə 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

2012-ci ilin fevral ayında tutulan ilahiyyatçı Cinayət Məcəlləsinin 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ilə günahlandırılır.

Qaynar.info