Xəbər lenti

"Hadisənin səbəbləri araşdırılır" - "Azəriqaz"dan açıqlama
Ekonomiks15:20 09.01.2023

"Hadisənin səbəbləri araşdırılır" - "Azəriqaz"dan açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün - 9 yanvar tarixində paytaxtın Nərimanov rayonu, Ziya Bünyadov prospekti, FAB mağazası yaxınlığında yerləşən tikinti materiallarının satışı mağazasında yanğınla müşahidə olunan hadisə baş verib.
Bakı Regional Qaz İstismarı Departamentinin rəisi Rauf Əhmədov Qaynarinfo-ya bildirib ki, yanğın nəticəsində obyektdə 2 nəfər xəsarət alıb və tibbi müayinədən keçirilməsi üçün xəstəxanaya yerləşdiriliblər: 
"Hazırda hadisənin baş vermə səbəbləri ilə əlaqədar yerində araşdırılma aparılır. Obyektin qaz təsərrüfatı və yaxınlığında keçən kommunikasiya xətlərində təsbit işləri görülür".
Həmçinin Departament rəisi qeyd edib ki,  "Azəriqaz" İB-nin əməkdaşları tərəfindən hadisə yerində müvafiq tədbirlər görülməkdədir.