Xəbər lenti

Hadrut və Şuşanı Azərbaycandan qoparmaq, Zəngəzur dəhlizi... - 2022 üçün proqnozlar
Siyasət05:40 05.01.2022

Hadrut və Şuşanı Azərbaycandan qoparmaq, Zəngəzur dəhlizi... - 2022 üçün proqnozlar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"2022-ci ildə sülh müqaviləsinin bağlanması üzrə işçi qrupu yaranacaq, ancaq cari ildə belə bir müqavilə imzalanmayacaq”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Cümşüd Nuriyev cari ildə bölgəmizdə hansı proseslərin cərəyan edəcəyilə bağlı proqnozlarını bölüşərkən deyib:
"Azərbaycan çalışacaq ki, bu il Zəngəzur dəhlizi açılsın. Ən azından kommunikasiyaların açılması üçün ilkin cəhdlər olacaq. Bu il sərhədlərin delimitasiya və demarkasiyası məsələsi də gündəmə gəlməlidir. Azərbaycan tərəfinin apardığı siyasət bunu göstərir. Sülh müqaviləsinin bağlanması istiqamətində isə işçi qrupunun yaradılması gözləniləndir. Ancaq cari ildə sülh müqaviləsinin imzalanacağı inandırıcı görünmür. Azərbaycan bunu istəsə də, Ermənistan və onun dəstəkçiləri hələlik bunda maraqlı deyillər”. 
Politoloqun fikrincə, yay aylarında Qarabağın bəzi ərazilərinə qayıdış reallaşacaq: 
"Yay aylarına doğru Şuşa və Zəngilanın "Ağıllı kəndi”nə ilk köç qayıdışı baş tutacaq. Həmçinin, bu il ərzində iqtisadi rayonlar üzrə idarəetmə sisteminə keçid reallaşacaq. Lakin iqtisadi sahədə böyük irəliləyiş və dəyişikliyin olacağını gözləmirəm”. 
Həmsöhbətimiz cari ildə xaricdən Azərbaycana siyasi təzyiqlərin artacağını da güman edir: 
"Bu, həm Rusiya-Ukrayna, həm də Rusiya-NATO və Türkiyə Bakının yanında olduğuna görə Turan müstəvisində özünü göstərəcək. Azərbaycanda uğursuz olsa da, güclü və təhlükəli təbliğat forması seçilib. Korrupsiyada adı keçənlərin, xüsusən də, "5-ci kolon”un bir araya toplandığı müşahidə edilir. Görünməz əl onları ustalıqla idarə edir. Bütün bunlar müəyyən təhlükələrdən xəbər verir. Rusiya ölkəmizdə qarşıdurma yaratmağa meyillidir. Bu fonda Moskvanın əsas məqsədi odur ki, qarşıdurma yaratmaqla Hadrut və Şuşanı yenidən Azərbaycandan qoparsın”.
Rüfət Sultan