Xəbər lenti

Hafiz Hacıyev səs verdi
Ölkə05:02 09.10.2013

Hafiz Hacıyev səs verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün Azərbaycan prezidentliyinə namizəd, Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev 8 saylı Binəqədi I seçki dairəsi 31 saylı məntəqəsində səs verib.

APA-nın xəbərinə görə, H.Hacıyev bildirib ki, seçki məntəqəsinə ailə üzvləri ilə deyil, tək gəlib: “Ailə üzvlərim başqa yerdə qeydiyyatdadır, iki oğlum isə ezamiyyətdədir. Bizim ailədə demokratik mühit var”.
 
H.Hacıyev Azərbaycanın gələcəyinə səs verdiyini diqqətə çatdırıb: “Azərbaycandakı sabitliyi, iqtisadi inkişafını istəməyən bəzi qüvvələr var ki, onlara qarşı hər zaman mübarizə aparılıb və aparılacaq”.


Qaynar.info