Xəbər lenti

Hafiz Məmmədov məhkəməyə verildi
Ölkə05:13 17.04.2014

Hafiz Məmmədov məhkəməyə verildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan Beynəlxalq Bankı nəqliyyat naziri Ziya Məmmədovun biznes ortağı “Hafka” kimi tanınan Hafiz Məmmədovu məhkəməyə verib.

Qaynar.info xəbər verir ki, bu barədə məlumatı azpolitika.info yayıb. Məlumatda deyilir ki, buna səbəb iş adamının bankdan götürdüyü külli miqdarda krediti vaxtından xeyli müddət keçməsinə baxmayaraq, geri qaytarmamasıdır.

Mənbə dəqiq rəqəm söyləməkdə çətinlik çəksə də, söhbətin bir-neçə yüz milyon manatdan getdiyini bildirib. Bankın dəfələrlə xəbərdarlığına baxmayaraq, Hafiz Məmmədov nə əsas kredit borcunu, nə də faizlərə görə yığılıb qalan vəsaiti geri qaytarmayıb. Bu da bank rəhbərliyini son tədbirə əl atmağa vadar edib.

Qaynar.info