
"Bakı" klubunun Avstriyada keçirməyi nəzərdə tutulan təlim-məşq toplanışı ləğv olunub.
Qaynar.info xəbər verir ki, bu barədə “Sportnet.az”-a klubun vitse-prezidenti Yaşar Seyidov məlumat verib.
Onun sözlərinə görə, səbəb klubdakı problemlərin hələ də həllini tapmamasıdır. Seyidov hazırda məşqləri klubun bazasında davam etdirdiklərini və təlim-məşq toplanışı üçün yeni məkanın hələ müəyyənləşmədiyini əlavə edib.
Qeyd edək ki, öncədən nəzərdə tutulan hazırlıq planına əsasən Bakı Avstriyaya iyunun 30-da yollanmalı idi. Amma ilk vaxtlarda səfərin yubanmasına səbəb kimi viza məsələləri göstərilirdi.