Xəbər lenti

Hafkanın qovduğu işçi özünü asdı
Ölkə09:25 19.06.2014

Hafkanın qovduğu işçi özünü asdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İş adamı Hafiz Məmmədova məxsus “Bahar enerji” neft şirkətindən işdən çıxarılan neftçi intihar edib.
"Virtualaz"-ın xəbərinə görə, bu barədə Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı məlumat yayıb.
Hüquq müdafiəçisi bildirib ki, 40 yaşlı Kövsərov Etibar Nadir oğlu “Bahar enerji” əməliyyat şirkətində elektrik işləyib. Lakin ixtisarlar adı ilə işdən çıxarılıb.
İşini itirən elektrikçinin maddi durumu ağır olub: “Hafka” belə istəmişdi.  Etibar özünə iş tapa bilmirdi. O, bağında özünü asaraq intihar edib. 
Qaynar.info