Xəbər lenti

Hakim partiya Ərdoğana seçkiləri tezləşdirməyi təklif etdi - KİV
Dünya07:40 22.06.2022

Hakim partiya Ərdoğana seçkiləri tezləşdirməyi təklif etdi - KİV

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Hakim Ədalət və İnkişaf Partiyası (AKP) Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana seçkilərin 2023-cü ilin iyun ayından may ayına keçirməyi təklif edib.
Qaynarinfo bu haqda "Cumhuriyyet” qəzetinə istinadla xəbər verir.
Qeyd olunur ki, bu məsələ ilə bağlı hələlik qərar verilməyib.
Ölkədə növbəti ümumi seçkilər (prezident və parlament) 2023-cü il iyunun 18-nə təyin edilib.
AKP və Milliyyətçi Hərəkat Partiyası (MHP) daha əvvəl Millət İttifaqı yaradıb. Hazırkı prezident Millət İttifaqından prezidentliyə namizəd olub.
Nəşrin məlumatına görə, AKP-də belə bir fikir var ki, iyun seçkiləri 2023-cü ilin may ayına keçirilə bilər. İddia olunur ki, seçkilərin ikinci turuna ehtiyac yaranarsa, hazırkı müddətə uyğun olaraq iyulun 2-də keçiriləcək. Bu isə seçicilərin əksəriyyətinin məzuniyyətə getdiyi dövrə təsadüf edir.
Alpər