Xəbər lenti

Hakim Taleh Bağırovun şikayətinə baxmaqdan imtina etdi
Ölkə10:16 11.04.2013

Hakim Taleh Bağırovun şikayətinə baxmaqdan imtina etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İlahiyyatçı Taleh Bağırovun şikayəti əsasında Sabunçu Rayon Məhkəməsinin aprelin 11-nə təyin etdiyi proses baş tutmayıb. 

Məhbusun hüquqlarını müdafiə edən vəkil Cavad Cavadov “İslamazeri.az” saytına deyib ki, Taleh Bağırov məhkəməyə gətirilməyib: “Hakim də işə baxmaqdan imtina edib, məzuniyyətə çıxmasını əsas gətirib, işin digər hakimə verildiyini bildirib. Bunlar ona görə edilir ki, Taleh Bağırovun bədənində olan işgəncə izləri getdikcə itsin. Yəni süni sürətdə tibbi ekspertiza keçirmirlər, məsələyə baxmırlar”.

Sabunçu Rayon Məhkəməsinə müraciət tutulan zaman polis idarəsində ilahiyyatçıya işgəncə verilməsini araşdırmaq tələbi ilə edilmişdi.

Taleh Bağırovu martın 31-də Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları qəsəbə ərazisindəki “ABU Petrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığında tutublar. Onun üstündən 1,026 qram heroin çıxdığı bildirilir. Aprelin 2-də Sabunçu Rayon Məhkəməsi ilahiyyatçı haqqında iki aylıq həbs qətimkan tədbiri seçib. O, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) ittiham olunur.

Qaynar.info