Xəbər lenti

Hakimi itələyən futbolçunun cəzası bəlli oldu
İdman06:55 05.04.2023

Hakimi itələyən futbolçunun cəzası bəlli oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Fulhem”in "Mançester Yunayted”lə kubok matçında hakimi itələyən hücumçu Aleksandr Mitroviçə uzunmüddətli cəza verilib.
Qaynarinfo-nun məlumatına görə, serbiyalı hücumçu İngiltərə Federasiya Kubokunun 1/4 final mərhələsində qırmızı vərəqə almasına səbəb olan davranışına görə 8 oyunluq cəzalanıb.
Qərarın əsas səbəbi kimi Mitroviçin hakim Kris Kavanaqa qarşı zorakı davranışı və nalayiq, təhqiramiz, təhqiredici, hədələyici ifadələr işlətməsi göstərilib. Futbolçu 75 min funt-sterlinq də cərimələnib. 
İdarə Heyəti eyni matçda qırmızı vərəqə alan "Fulham"ın baş məşqçisi Marko Silvanın 2 oyunluq cəzalanmasına və 40 min funt-sterlinq cərimələnməsinə qərar verib.
Martın 19-da keçirilən matçın 72-ci dəqiqəsində "Mançester Yunayted” 3:1 hesabı ilə qalib gəldiyi zaman "Fulhem”in futbolçusu Villian onların qapısına gedən topun qarşısını əllə alıb və qırmızı vərəqə ilə meydandan qovulub. Nəticədə rəqib komanda penalti qazanıb. Qərara etiraz edən Mitroviç qırmızı vərəqə aldığı üçün hakimi itələyərək ona tərəf addımlayıb.
Səbuhi Həsənov