Xəbər lenti

Hakimi söyən futbolçuya 4 oyunluq cəza
İdman14:08 30.09.2021

Hakimi söyən futbolçuya 4 oyunluq cəza

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Qaynarinfo qurumun rəsmi saytına istinadən xəbər verir ki, iclasın Birinci Divizionun üçüncü turuna aid olan hissəsində qaydalar çərçivəsindən kənara çıxanlarla bağlıə bir sıra qərarlar qəbul edilib. Belə ki,"Kəpəz” – "Qarabağ-2” oyununda meydan sahibləri təcili tibbi yardım nümayəndəsi oyuna gec gəldiyinə görə 160, dörd futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün isə 80 manat məbləğində cərimələnib.
"Neftçi-2” – "Qaradağ Lökbatan” matçının 53-cü dəqiqəsində "Neftçi-2”nin futbolçusu Asim Əlizadə "kobud oyuna” görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub isə 160 manat cərimə olunub.
"Turan Tovuz” – "Sabah-2” qarşılaşamasında hər iki klub 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün 80 manat cərimələnib. 
"Zirə-2” – MOİK görüşünün 81-ci dəqiqəsində "Zirə-2”nin futbolçusu Eldost Qiyasbəyli hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 4 oyun cəzalanıb klub 320 manat cərimə olunub. MOİK isə nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün 80 manat ödəməli olacaq.
Səbuhi Həsənov