AFFA-nın İntizam Komitəsinin bu gün keçirilən iclasında U-15 Liqasında hakimi təhqir edən futbolçular haqda qərarlar çıxarılıb.
Belə ki, "Neftçi” PFK – "Səbail” oyununda matçın 76-cı dəqiqəsində "Səbail”in 5 nömrəli futbolçusu Yusif Əhmədli hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb. "Səbail"in köməkçi məşqçisi Ramiz Hüseynov isə hakimlər briqadasını təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. Ona 5 oyunluq cəza verilib.
Sözügedən liqanın "Cənub Elit” – "Turan Tovuz” matçının 40-cı dəqiqəsində "Turan Tovuz”un baş məşqçisi Kamal Ələkbərov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 5 oyun cəzalanıb.
Səbuhi Həsənov