Xəbər lenti

Hansı banklar kredit verir? - SİYAHI
Ekonomiks08:57 06.06.2016

Hansı banklar kredit verir? - SİYAHI

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Hazırda Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının təxminən yarısı kredit verir.

Qaynarinfo.az report-a istinadən bildirir ki, artıq banklar məhdudiyyətlə olsa da manatla kreditləşmənin bərpasına başlayıblar.

Hazırda "Rabitəbank", "Accessbank", AFB Bank", "Kapitalbank", "Azər-Türk Bank", Atabank", "Bank of Baku", Bank Respublika", "Paşabank", "Unibank", "Bank Avrasiya", "Dəmirbank", "Parabank", Azərbaycan Beynəlxalq Bankı, Bank Nikoil", Bank BTB", "Caspian Development Bank"manatla kredit verilişini həyata keçirir.
Qeyd edək ki, "Rabitəbank" və "Parabank" lombard və depozit təminatı əsasında həm manatla, həm də dollarla kreditləşməni davam etrdirir.

"Azərbaycan Sənaye Bankı" və "Yapı Kredi Bank Azerbaijan" isə nağd pul krediti verməsə də, müştərilərə kredit kartı təklif edirlər. "Ziraat Bank Azerbaijan" isə hazırda ancaq biznes kreditləri verməklə məşğuldur.
"Xalqbank"da isə hazırda yalnız Sahibkarlığa Kömək Milli Fondunun və İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondununxətti ilə verilən kreditlər aktivdir.
Qeyd edək ki, dollarla kreditlər əsasən biznes kreditləri və gəliri dollarla olan müştərilər üçün nəzərdə tutulub. "Bank Avrasiya" və "Bank Nikoil" dollar kreditlərini yalnız gəliri dollarla olanlara təklif edir.

Bankların kredit təklifləri üzrə göstəricini təqdim edirik:

№BanklarManatlaDollarla
1Rabitəbank++
2NBC Bank--
3Expressbank--
4Kredobank--
5Accessbank+-
6AFB Bank+-
7Kapitalbank+ 
8Günaybank--
9Azər-Türk Bank++
10Zaminbank--
11ASB bank--
12Atabank+-
13Bank of Baku+-
14Bank Respublika+-
15Paşabank+-
16Turanbank--
17Unibank+-
18Silk Way Bank--
19Bank Avrasiya++
20Dəmirbank+-
21Parabank++
22Azərbaycan Beynəlxalq Bankı++
23Bank Nikoil++
24Muğanbank--
25Xalqbank--
26Amrahbank--
27Dekabank--
28BTB++
29Caspian Development Bank+-
30AGBank--
31Bank VTBAzərbaycan--
32Yapı Kredi Bank Azərbaycan--
33Bank Standard*  
34Ziraat Bank Azərbaycan**  

+ Kredit verilir

- Kredit verilmir

*Banka müvəqəti inzibatçı təyin olunub. Hazırda yalnız xırda əmanətlərin qaytarılması həyata keçirilir, digər bank əməliyyatları aktiv deyil.

**Ancaq biznes kreditləri aktivdir.

Qaynarinfo.az