Xəbər lenti

Hansı yollar ödənişli olacaq? - AÇIQLAMA
Ölkə15:27 14.02.2015

Hansı yollar ödənişli olacaq? - AÇIQLAMA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda ödənişli yolların yaxın vaxtlarda reallaşaçağı barədə məsələ yenidən gündəmə gəlib. Ödənişli yolların çəkilməsi magistral yollarda nəqliyyatın sıxlığını, nisbətən, aradan qaldıracaq. Belə ki, həmin yollarda maksimal sürət həddi olacaq və mənzilbaşına tez çatmaq istəyən sürücülər müəyyən məbləğ ödəməklə bu yolla daha rahat hərəkət edə biləcəklər. Həmin yolun nə zaman reallaşacağı isə məlum deyil. 
“Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bu barədə aktual.az-a açıqlama verib. Onun sözlərinə görə, ödənişli yollardan o vaxt söhbət gedə bilər ki, magistral yollar müasir standartlara cavab versin:
“Ödənişli yollar olacaq. Mövcud yollar standartlara uyğundur. Ona alternativ yollar da çəkilir. Bundan sonra həmin yol pullu ola bilər. Biz Gəndobdan Rusiya istiqamətinə 60 km uzunluğunda, hündürlüyü 8 dərəcəli, 4 hərəkət zolaqlı yeni bir yol salırıq. Gəndobdan Rusiya sərhəddinə də yol var. Bu yolların çəkilməsi başa çatandan sonra, ola bilsin ki, həmin yol ödənişli olsun. Amma bunu ilkin versiya kimi deyirəm. Çünki bu yolun pullu olacağı məlum deyil. Amma ödənişli yol olması üçün uyğundur. Bizim Ələt-Astara avtomobil yolumuz var. Həmin istiqamətə bir yeni trass yol çəkirik. Movcud yolumuzu da standartlara uyğun düzəldirik. Bundan sonra o yol pullu ola bilər”.
Gələcəkdə bir çox yolların ödənişli olacağını istisna etməyən “Azəryolservis” rəsmisi deyib ki, mövcud yol olmalıdır ki, onun alternativi çəkiləndən sonra o yol ödənişli olsun.
P. Mürsəliyev onu da qeyd edib ki, ödənişli yollarda olan maksimal surət həddi və ödənişin məbləği yeni pullu yolların salınmasından sonra bəlli olacaq.
Qaynar.info